Asma svetodiodlu svetilniklər seriyası: sənaye istehsalatları, anbarlar, idman obyektləri və lampaların asılma hündürlüyü 50 metrə qədər olan digər sahələr üçün işıqlandırma. «Profi Neo» lampaları yüksək işıq verimliliyi (193 lm/W-ə qədər) ilə fərqlənir.
Onun konstrukiyası əlavə olaraq qoruyucu temperli şüşənin quraşdırılmasını nəzərdə tutur ki, bu da «Profi Neo»-nun müxtəlif yanğın təhlükəsizliyi siniflərinə aid zonalarda istifadəsinə imkan tanıyır. Kompakt döküm korpus alüminium ərintisindən hazırlanmışdır və radiator funksiyasını yerinə yetirərək, diodlardan istiliyi effektiv şəkildə uzaqlaşdırır, onların uzun ömürlü olmasını təmin edir.
Svetodiodlu modul geniş sahəyə bərabər paylanmış əhəmiyyətli sayda diodları ehtiva edir. Svetodiodlar aşağı cərəyanlarda (nominalın 50%-i və aşağı) işləyir ki, bu da lampanın effektivliyini artırır və onun ömrünü uzadır.
Linza UV-stabilizasiya olunmuş polikarbonatdan hazırlanmışdır, mexaniki təsirlərə davamlıdır. Güc mənbəyi xarici icra üçün hazırlanmışdır.
Tell us what you need and get quotes from verified suppliers