Yüksək məhsuldarlıq, konstrukiyanın sadəliyi və etibarlılığı, təmir oluna bilməsi, mükəmməl keçid qabiliyyəti və manevr qabiliyyəti – KİROVEC texnikasının seçici xüsusiyyətləridir.
KİROVEC traktoru ənənəvi kənd təsərrüfatı alətləri ilə yanaşı, müasir geniş tutumlu kompleks torpaq işləmə və əkin maşınları ilə də birləşdirilir.
Bir KİROVEC tip K-7M, K-7 traktoru ildə 5,000 ha-ya qədər əkin sahəsini tam aqro müddətlərinə uyğun hazırlayıb əkə bilər. Bu zaman yerinə yetirilən işlərin minimum öz dəyəri təmin edilir.
Mükəmməl çəkici-nəqliyyat xüsusiyyətlərinə görə KİROVEC-lər il boyu ən ağır nəqliyyat və köməkçi işlərdə istifadə olunur.
Tell us what you need and get quotes from verified suppliers