Pasažırların avtomobil yolları üzrə daşınması üçün nəzərdə tutulub. KAMAZ elektrobusları ultra sürətli şarj imkanına malik litium-nikel-manganez-kobalt batareyaları ilə təchiz olunub, şarj müddəti 24 (variant 45) dəqiqəyə qədərdir.
KAMAZ elektrobusları rahat və təhlükəsizdir: hamar, səssiz, ekoloji cəhətdən təmiz, açıq qapılarla hərəkət etməyi bloklayan sistem, təkərlərdəki təzyiqi nəzarət edən sistem, monitor üzərində görüntü verən 360 dərəcə müşahidə kameraları, iki zonalı iqlim sistemi və salonun elektrikli istilik cihazları, mobil və portativ cihazların şarjı üçün usb portları, əlillərin minməsi/ düşməsi üçün rampalar, vandalizmə qarşı oturacaqlar, ERА-GLONASS təcili xidmət çağırma sistemi ilə təchiz olunub. Elektron-pnevmatik asma idarəetmə sistemi ECAS (kni̇l̇i̇ng funksiyası ilə) elektrbusu çətin yol hissələrini aşmaq üçün qaldırmağa, həmçinin əlillərin, şagirdlərin və pensiyaçılarının minməsi/düşməsi üçün gövdəni (kni̇l̇i̇ng) əyməyə imkan verir.
Tell us what you need and get quotes from verified suppliers