Müasir şəraitdə tikinti sürətinin və həcminin artması ilə birlikdə, yükdaşıma qabiliyyəti artırılmış özünü boşaldan avtomobillər əsasında kombinə edilmiş yol maşınlarının alınmasına olan tələbat daha da artır. 20 t.
yükdaşıma qabiliyyətinə malik yol maşınları ilə texnika parkının komplektləşdirilməsi avtomobil yollarının tikintisi və saxlanması zamanı icra olunan işlərin həcmini artırmağa və maliyyə vəsaitlərinə qənaət etməyə imkan tanıyır.
KAMAZ-6520 özünü boşaldan avtomobili əsasında kombinə edilmiş yol maşınlarının artan populyarlığı, onların yolların tikintisi və saxlanmasında geniş funksional imkanları ilə əlaqədardır. Bu avtomobilin texniki imkanları, ona tam çeşidli əlavə avadanlığın (o cümlədən nəmləndirilmiş və maye reaktivlərin paylanması üçün avadanlıq) quraşdırılmasına imkan verir.
Maşının konstrukiyası avadanlığın ayrı-ayrı və eyni anda işləməsi, dəyişdirilən avadanlığın hərəkətdə və dayanacaqda işləməsi imkanını təmin edir.
Tell us what you need and get quotes from verified suppliers